
Türkiyə “Fənərbağça”sı Avstriya “Zaltsburq”unun futbolçusu Dorgeles Neneni transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı cinah hücumçusu ilə 5 illik müqavilə bağlanılıb.
Bu keçid üçün 20 milyon avro ödənilib.
Qeyd edək ki, Mali millisinin üzvü cari mövsüm “Zaltsburq”da 11 oyunda 2 qol vurub.