
Oktyabrın 11-də Norveç və İsrail yığmaları arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə oyununa bilet satışından gəlir xeyriyyə məqsədlərinə sərf olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness açıqlama verib.
O, vəsaitin Qəzza bölgəsində humanitar fəlakətlə üzləşənlərə yardım məqsədilə xeyriyyə fonduna köçürüləcəyini bildirib.
Klaveness əlavə təhlükəsizlik tədbirləri üzündən Oslodakı "Ullevol" stadionunda tamaşaçı sayı azaldılacaq.
Xatırladaq ki, İsrail Norveçi martın 25-də Macarıstanın Debretsen şəhərində qəbul edib və 2:4 hesabı ilə uduzub. Oslodakı qarşılaşma üçün biletlər isə avqustun 25-dən satışa çıxarılacaq.