
"Bavariya" futbolçusu Pol Vanneri satıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi Niderland PSV-sinə keçib. Onunla 5 illik müqavilə imzalanıb. Pol yeni komandasında 10 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, P.Vanner ötən mövsüm icarə əsasında "Haydenhaym"da oynayıb.