
"Bu, mənim üçün asan deyil, çünki Azərbaycan millisində də böyük hörmətim var".
Sportnet.az xəbər verir ki, bu sözləri Ukraynanın "Şaxtyor" komandasının baş məşqçisi Arda Turan DÇ–2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan yığmaları arasında keçirilən oyun haqqında danışarkən deyib.
O, özünü Ukrayna xalqının bir hissəsi kimi hiss etdiyini bildirib: "Həmin oyunda Ukraynanı dəstəklədim. Futbolçularımla qürur duyuram — həm İslandiya, həm də Azərbaycanla matçlarda çox yaxşı oynadılar. Sergey Rebrovu da təbrik etmək istəyirəm, əla iş gördü. O, komandanı dünya çempionatına da aparmaq potensialına malikdir.”
A.Turan Ukrayna millisinin hazırkı vəziyyətinə də toxunub:
“Mən Ukrayna millisinin azarkeşiyəm. Onlar çox yaxşı oyun göstərdilər. Hazırda vəziyyətləri asan deyil — demək olar ki, hər gün səyahət edirlər, müxtəlif ölkələrdə oyun keçirirlər. Bu, emosional baxımdan çox çətindir. Amma futbolçularımla və bütün ukraynalı oyunçularla ürəkdən qürur duyuram. Çox yaxşı komandaya sahibsiniz. İndi isə pley-off mərhələsi öncəsi nələrin baş verəcəyini gözləyəcəyik.”