"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəni erkən dayandırıb.
Sportnet.az-ın məlumatına görə, Masazır təmsilçisi II təsnifat mərhələsində Fransa "Nant"ına hər iki qarşılaşmada uduzub.
Səfər oyununda 0:5 hesablı məğlubiyyətlə üzləşən "Sabah" bu gün "Bank Respublika Arena"da baş tutmuş cavab matçında da yenilib - 1:2.
"Bayquşlar"ın yeganə qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub. Rəqibin isə hər iki qoluna penaltilərlə Mustafa Dabo imza atıb. O, 17-ci və 76-cı dəqiqələrdə fərqlənib.








































































