AFFA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.
Daha əvvəl "Qarabağ"ın digər futbolçusu Elvin Cəfərquliyev yüksək qızdırması səbəbindən yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.



































































