Türkiyə millisinin futbolçusu Kaan Ayhan Bolqarıstana 2:0 hesabı ilə qalib gəldikləri 2026-cı il dünya çempionatının seçmə qrup oyunu zamanı zədələnib.
Sportnet.az xəbər verir ki, yığmaya "Qalatasaray"dan dəvət almış müdafiəçi Bursa Atatürk Stadionunda təşkil olunmuş qarşılaşmanın 81-ci dəqiqəsində xəsarət alıb.
O, meydançaya 61-ci dəqiqədə daxil olsa da, cəmi 20 dəqiqə oynaya bilib. Ayhan yerini Atakan Karazara verdikdən sonra əsəblərinə hakim ola bilməyib. O, birbaşa paltardəyişmə otağına yollanıb. Futbolçu hirsindən yolda dəhlizləri təpikləyib.
Qeyd edək ki, Bolqarıstanla matçda İsmail Yüksek də seçmə tsikdə ikinci dəfə sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Hər iki oyunçu noyabrın 18-də səfərdə İspaniyaya qarşı oynamayacaq.









































































