2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 3 qrup üzrə mübarizəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, qarşılaşmaların yekununda DÇ-2026-ya yüksələn daha 2 komandanın adına aydınlıq gəlib.
A qrupunun həlledici matçında Almaniya Slovakiyanı 6:0 hesabı ilə darmadağın edərək, birinci yerin sahibi kimi mundiala birbaşa vəsiqə əldə edib. İkinci yeri tutan Slovakiya pley-offda iştirak edəcək.
Daha bir vəsiqəni G qrupundan Niderland rəsmiləşdirib. "Narıncılar" son matçda Litvanı 4:0 hesablı məğlubiyyətə uğradıblar. Pley-offa yüksələn komanda isə səfərdə Maltanı 3:2 hesabı ilə yenən Polşa olub.
Xatırladaq ki, L qrupundan Xorvatiya DÇ-2026-ya, Çexiya pley-offa vəsiqəni hələ ötən tur təmin etmişdi. Bununla belə, hər iki komanda son turda da qələbə qazanıb. Xorvatiya səfərdə Monteneqronu 3:2, Çexiya evdə Cəbəllütariqi 6:0 hesabı ilə məğlub edib.
Daha əvvəl Fransa, İngiltərə, Norveç və Portuqaliya da gələn il ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
--------------------------
Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 3 qrupda mübarizəyə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son turun ikinci oyun günündə 6 matç keçiriləcək.
A qrupunda Almaniya Slovakiya ilə görüşdə uduzmasa, DÇ-2026-ya birbaşa vəsiqəyə yiyələnəcək. Hazırda hər iki komandanın 12 xalı var. Bundestim rəqibini yalnız daha üstün top fərqində qabaqlayır.
G qrupunda Niderland mundiala vəsiqəni böyük ölçüdə təmin edib. Bu komanda evdə Litvaya uduzsa belə, ikinci yerdə gedən Polşa Maltanı səfərdə az qala 10 top fərqi ilə yenməlidir. İstənilən halda, ilk 2 yer Niderland və Polşaya qismət olacaq.
Nəhayət, L qrupunda Xorvatiya DÇ-2026-ya, Çexiya isə pley-offa vəsiqəni hələ ötən tur əldə edib. Odur ki, Xorvatiyanın Monteneqro ilə səfər, Çexiyanın isə Cəbəllütariqlə ev oyunları formal xarakter daşıyacaq.
DÇ-2026, seçmə mərhələ
17 noyabr
A qrupu
23:45. Almaniya - Slovakiya - 6:0
Qollar: Nik Voltemade, 18. Serj Qnabri, 29. Leroy Sane, 36; 41. Ridle Baku, 67. Assan Uedraoqo, 79
23:45. Şimali İrlandiya - Lüksemburq - 1:0
Qol: Ceymi Donli, 44 (pen.)
Xal durumu: Almaniya - 15, Slovakiya - 12, Şimali İrlandiya - 9, Lüksemburq - 0
G qrupu
23:45. Niderland - Litva - 4:0
Qollar: Ticani Reynders, 16. Kodi Qakpo, 58 (pen.). Xavi Simons, 60. Doniel Malen, 62
23:45. Malta - Polşa - 2:3
Qollar: İrvin Kardona, 36. Teddi Teuma, 68 (pen.) - Robert Levandovski, 32. Pavel Vşolek, 59. Pyotr Zelinski, 85
Xal durumu: Niderland - 20 xal, Polşa - 17, Finlandiya - 10, Malta - 5, Litva - 3
L qrupu
23:45. Monteneqro - Xorvatiya - 2:3
Qollar: Milutin Osmayiç, 3. Nikola Krstoviç, 17 - İvan Perişiç, 37 (pen.). Kristiyann Yakiç, 72. Nikola Vlaşiç, 87
23:45. Çexiya - Cəbəllütariq - 6:0
Qollar: David Doudera, 5. Tomaş Xorı, 18. Vladimir Tsoufal, 32. Adam Karabets, 39. Tomaş Souçek, 44. Robin Qranaç, 51
Xal durumu: Xorvatiya - 22 xal, Çexiya - 16, Farer adaları - 12, Monteneqro - 9, Cəbəllütariq - 0.
















































































