"Karvan-Yevlax"ın yeni baş məşqçisi Füzuli Məmmədov kollektivdə nizam-intizamı qaydaya salmaq üçün ilk addımı atıb.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis sələfi Azər Həşimova "Kəpəz"ə qarşı Azərbaycan Premyer Liqasının XII tur matçı zamanı hörmətsizlik etmiş Vüsal Məsimovu "Qarabağ"la qarşılaşmada sonadək ehtiyatda saxlayıb.
Məmmədov Məsimova oyunboyu heç bir şans verməyib.
Qeyd edək ki, Zaur Həşimov "Kəpəz"lə görüşün ikinci hissəsində futbolçudan əvəzlənməsini istəsə də, rədd cavabı almışdı. Hətta digər oyunçular da Məsimovu meydançadan kənara çıxara bilməmişdilər.




































































