Braziliyanın “Santos” klubu Neymarla müqavilənin uzadılması barədə danışıqlara başlayıb.
Sportnet.az xəbər verir ki, “FootMercato” jurnalisti Santi Auna 33 yaşlı hücumçunun komandada ən azı daha bir mövsüm qalmağı planlaşdırdığını yazıb.
Neymar bu ilin yanvarında “Əl-Hilal”dan ayrıldıqdan sonra azad agent kimi “Santos”a qayıdıb. Onun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ildə başa çatır.
Ulduz futbolçu cari mövsümdə 27 oyun, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
















































































