Kanada Futbol Assosiasiyası baş məşqçi Cessi Marş ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssislə imzalanan yeni anlaşma 2030-cu ilin sonunadək nəzərdə tutulub.
Vaxtilə ABŞ millisində çıxış etmiş Marş 2024-cü ildən Kanada millisinə rəhbərlik edir. Onun dövründə komanda 29 oyunda 12 qələbə qazanıb, 12 heç-heçə edib və 5 məğlubiyyət alıb.
Kanada yığması Marşın rəhbərliyi ilə ilk dəfə iştirak etdiyi 2024-cü il "Copa America" turnirində dördüncü yeri tutub.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində Kanada millisi Bosniya və Herseqovina, Qətər və İsveçrə yığmaları ilə qarşılaşacaq.










































































