Almaniya "Bavariya"sı futbolçusu Leon Goretska ilə vidalaşıb.
Sportnet.az xəbər verir ki, Münhen klubu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“8 il. 16 titul. Bir miras. Hər şey üçün təşəkkür edirik, Leon. Sənin yolun tariximizin bir hissəsi olaraq qalacaq”.
31 yaşlı futbolçu 2018-ci ildən “Bavariya”nın formasını geyinirdi. O, Münhen təmsilçisi ilə birlikdə 7 dəfə Almaniya çempionu (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025, 2025/2026), 3 dəfə Almaniya Kubokunun qalibi (2018/2019, 2019/2020, 2025/2026), 4 dəfə Almaniya Super Kubokunun sahibi (2018, 2020, 2021, 2025) olub.
Goretska həmçinin “Bavariya” ilə 2019/2020 mövsümündə UEFA Çempionlar Liqasını, 2020-ci ildə UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb.




































































