"Şamaxı" futbolçusu Nihat Mehralıyev ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saaytına istinadən xəbər verir ki, 21 yaşlı sağ cinah yarımmüdafiəçisinin müqavilə müddəti başa çatıb.
Bununla da mövsümlərarası dövrdə ölgə təmsilçisini tərk edən futbolçuların sayı 12-yə çatıb.
Qeyd edək ki, "Şamaxı" bunadək Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmli ilə vidalaşıb.

































































