İraq yığmasının müdafiəçisi Əhməd Yəhya belindən aldığı zədə səbəbindən DÇ-2026-nın final mərhələsində iştirak edə bilməyəcək.
Sportnet.az xarici mediaya istinadən xəbər verir ki, "Əl-Şorta" klubunda çıxış edən 30 yaşlı futbolçunun bərpası təxminən 4 həftə çəkəcək.
Təcrübəli oyunçu İspaniya millisi ilə keçirilən yoldaşlıq görüşündə (1:1) sıradan çıxıb. Müdafiəçinin əvəzinə komandaya "Əl-Karma" klubunun 24 yaşlı üzvü Əhməd Maknzi çağrılıb.
Qeyd edək ki, Ə.Yəhya 2023-cü ilin iyun ayında debüt etdiyi İraq yığmasında 19 matça çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. Əhməd Maknzi isə 2024-cü ilin dekabrından heyətinə cəlb olunduğu əsas komandada keçirdiyi 6 oyunda məhsuldarlıq nümayiş etdirməyib.
İraq yığması mundialın I qrupunda Fransa, Seneqal və Norveç yığmaları ilə qarşılaşacaq.














































































