"Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür. Biz məğlub olmamalı idik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "İnter"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra deyib.
50 yaşlı mütəxəssis qapıçı qismində ukraynalı Dmitri Bezotosnını yox, milliləşmiş Andrey Popoviçi meydana buraxmasını legioner limiti ilə əlaqələndirib. O, hakimlikdən narazılığının olmadığını da əlavə edib: "Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".