Nigeriya əsilli toqolu futbolçu Emmanuel Adebayor özünə yeni klub tapıb. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı futbolçu "Kristal Palas"ın şərəfini qoruyacaq.
Futbolçu ilə 6 aylıq müqaviləyə qol çəkilib.
Qeyd edək ki, Adebayor Premyer Liqada "Arsenal" və "Mançester Siti"nin formasını geyinib. Sonuncu olaraq "Tottenhem"də çıxış edən futbolçu sentyabrda komandadan göndərilib.