
AFFA-nın bir neçə komitəsinin iştirakı ilə görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, görüşdə Apellyasiya Arbitraj Tribunalının, Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Status və Transfer Komitəsinin üzvlərinin və PFL nümayəndələrinin iştirak edib.
Əsas məqsəd komitələrin yeni üzvləri ilə tanışlıq və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi olub. Görüşdə AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev də iştirak edib.