1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almaniyada sensasiya, Fransada sülh - YENİLƏNDİ
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, günün sensasiyası Almaniyada qeydə alınıb.
Belə ki, tarixində ilk dəfə ÇL-nin 1/4 finalında oynayan "Volfsburq” bu turniri ən çox qazananlardan olan "Real Madrid”i məğlub edə bilib. Almaniya vitse-çempionu rəqibini evdə fasiləyədək vurduğu qollarla üstələyib.
Fransadakı oyun isə daha məhsuldar və maraqlı alınıb. PSJ "Mançester Siti” ilə matçda hesabda geri düşsə də, özündə güc taparaq nəinki tarazlığı bərpa edib, irəli də çıxa bilib. Ancaq ingilislər bərabərlik qolunu vuraraq səfərdə sərfəli nəticəyə - məhsuldar heç-heçəyə imza atıblar.
Çempionlar Liqası, 1/4 final
22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2
Qol: Zlatan İbrahimoviç, 41, Adrien Rabiot, 60 - Kevin de Bruyne, 38, Fernandinyo, 72
13-cü dəqiqədə Zlatan İbrahimoviç penaltini qaçırdı (qapıçı)
Baş hakim: Milorad Majiç (Serbiya)
Paris. "Park de Prens"
22:45. "Volfsburq" - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Rikardo Rodriges, 18-pen, Maksimilian Arnold, 25
Baş hakim: Canluka Rokki (İtaliya)
Volsfburq. "Volksvagen Arena"
Qeyd edək ki, ilk oyun günündə "Barselona" evdə "Atletiko"nu 2:1, "Bavariya" isə "Benfika"nı 1:0 hesabı ilə məğlub edib. Cavab oyunları aprelin 12-13-də keçiriləcək.