Türkiyənin "Fənərbağça" klubu iki oyun üçün futbolçulara 1.5 milyon avro mükafat ayırıb. Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisinin oyunçuları Super Liqanın XXVIII turunda "Konyaspor"la səfər görüşündən qalib ayrılacağı təqdirdə 500 min dollar qazanacaq.
Görüş aprelin 9-da baş tutacaq.
Əsas mükafat isə 2 tur əvvəl terror təhlükəsi səbəbindən təxirə salınan və aprelin 13-də keçiriləcək "Qalatasaray"la səfər oyununa nəzərdə tutulub. Komanda İstanbul derbisindən qalib ayrılarsa, 1 milyon dollar mükafat alacaq.
Qeyd edək ki, "Fənərbağça" 27 turdan sonra 60 xalla 2-ci pillədədir. "Sarı-lacivərdlilər"i lider "Beşiktaş"dan 3 xal ayırır.









                 





    
    
    
    
    
    
    
    
    























































