
"Neftçi”nin Latviyanın "Dauqavipilis” klubunda icarədə oynayan futbolçusu Orxan Qurbanlı ölkə kubokunda fərqıənib. Sportnet.az-ın məlumatına görə, gənc oyunçu "Metta” ilə 1/4 final matçının 19-cu dəqiqəsində hesabı açandan sonra qolunu əsgər salamı ilə qeyd edib. Bununla da Qurbanlı Vətəndən kənarda olmasına baxmayaraq, əsgərlərimizə dəstəyini, şəhidlərimizin əziz xatirəsinə ehtiramını nümayiş etdirib.
O, "Neftçi”nin digər futbolçusu, birgə icarədə oynadığı Mirabdulla Abbasovun ötürməsini qola çevirib. Hər 2 həmyerlimiz əsas heyətdə meydana çıxıb. Qurbanlı 83-cü dəqiqə əvəzlənsə də, Abbasov sonadək oynayıb.
Qeyd edək ki, qış fasiləsindən sonra Latviyaya yollanan futbolçuların icarə müqavilələrinin müddəti bu yay bitir.