
Türkiyənin həvəskarlar liqasında keçirilmiş "Bartınspor" - "Leventspor" matçından sonra dava düşüb. Sportnet.az-ın məlumatına görə, insident futbolçular arasında yaşanıb.
2:2 hesabı ilə başa çatan oyundan sonra meydan sahiblərinin futbolçuları qonaqlara hücum edib. Aranın qızışdığını görən polis əməkdaşları qonaq komandanı güclə meydançadan çıxarıb və komanda oyunun keçirildiyi Bartın şəhərindən ayrılıb.
Qeyd edək ki, analoji hadisə bu yaxınlarda Azərbaycan I Divizionunda Qusar "Şahdağ"ı ilə "Ağsu" arasındakı matçda yaşanıb. Oyunun sonlarında meydan sahiblərinin azarkeşləri qonaq komanda futbolçularına hücum edib.