1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hakimə "qırmızı" göstərən futbolçuya böyük mükafat
Baş hakimə qırmızı vərəqə göstərən Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Saleh Dursunun adı Trabzonun Yomra bölgəsində yerləşən küçəyə verilib. Sportnet.az-ın məlumatına görə, açılış mərasiminə Yomra bələdiyyəsinin sədri, S.Dursun və həyat yoldaşı, xeyli sayda sakin qatılıb.
Futbolçu ona və komandasına göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, S.Dursun Super Liqanın XXII turunda "Qalatasaray"la səfər oyununda baş hakim Deniz Ateş Bitnelin "Trabzonspor"un heyətindən 3 futbolçuya "qırmızı" göstərməsinə etiraz edərək, vərəqəni referinin əlindən alıb və onun özünə göstərib. Nəticədə Dursun da hakimin qəzəbinə tuş gəlib və meydandan qovulub. Həmin görüş "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.