1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Liqasında yarımfinal cütləri müəyyənləşdi - YENİLƏNDİ
Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Avropa Liqasının səfiri, ötənlərin tanınmış isveçrəli futbolçusu Aleksandr Frayın çəkdiyi püşk nəticəsində Ukrayna "Şaxtyor"u İspaniya "Sevilya"sına rəqib olub. İngiltərənin "Liverpul" klubu isə digər İspaniya təmsilçisi "Vilyarreal"la qarşılaşacaq.
İlk oyunlar 28 apreldə, cavab görüşü 5 mayda olacaq. Final qarşılaşması isə İsveçrənin Bazel şəhərindəki "Sent-Yakob Park"da təşkil ediləcək.
"Şaxtyor" - "Sevilya"
"Vilyarreal" - "Liverpul"
---------------------------------------------------
Avroliqada isə finala vəsiqə qazanmaq uğrunda "Şaxtyor" (Ukrayna), "Vilyarreal", "Sevilya" (hər iki İspaniya) və "Liverpul" (İngiltərə) mübarizə aparacaq. Ukrayna klubu 1/4 finalda Portuqaliya "Braqa"sını (2:1; 4:0 - 6:1), "Sevilya" digər İspaniya klubu "Atletik"i (1:2; 2:1 - 3:3. Penaltilər: 5:4), "Vilyarreal" Çexiyanın "Sparta" klubunu (2:1; 4:2 - 6:3), "Liverpul" isə Almaniya "Borussiya"sını (1:1; 4:3 - 5:4) məğlub edib.
Püşkatma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.