AZAL-ın liderlərindən olan Adan Koronado Premyer Liqada "Sumqayıt"la bugünkü matçda iştirak edə bilməyəcək. Sportnet.az-ın məlumatına görə, meksikalı hücumçu oyun öncəsi son məşqdə zədələnib. Koronadonun texniki fəndi düzgün yerinə yetirməməyi onu heyətdən kənarda qoyub.
Bununla da "təyyarəçilər"də zədəlilərin sayı artıb. Belə ki, Tagim Novruzov, Seymur Əsədov və Kamal Mirzəyev demək olar mövsümü vaxtından əvvəl başa vurmalı olublar. Ukraynada uğurla əməliyyat olunan Novruzov sdabah vətənə dönəcək. O, "Şaxtyor"un həkimlərinin nəzarəti altındadır.
Qeyd edək ki, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov da zədə üzündən bugünkü matçda meydana çıxmayacaq.