Təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
5 iyun
Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San Marinoya qarşı keçirəcək.











































































