Sabah Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, turun görüşləri 3 gündə keçiriləcək. Mərkəzi oyun açılış matçına təsadüf edəcək.
Lider "Qarabağ” bürünc medala əsas namizədlərdən olan "İnter”i qəbul edəcək. "Bankirlər” cari çempionatında hələ ki məğlub edə bilmədiyi Ağdam təmsilçisi üzərində mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Zaur Svanadzenin yetirmələri 3-cü pilləni elə bu tur əldən verə bilər. Çünki "İnter”in ən yaxın izləyiciləri olan "Kəpəz”lə "Qəbələ”ni bu tutda səfərdə autsayderlərlə asan sınaq gözləyir. 2Banikilər"in heyətində ciddi itkilər, zədəli futbolçuların çoxluğu işini daha da çətinləşdirir. "Qarabağ” isə qalib gələcəyi halda ardıcıl 3-cü çempionluğuna doğru növbəti addımı atmış olacaq. Cari mövsümdən "İnter"də çıxış edən millimizin sabiq hücumçuları Rauf Əliyevlə Vüqar Nadirov karyeralarında ən yaxşı vaxtlarını keçirdikləri "Qarabağ"a rəqib olacaqlar.
Ertəsi paytaxtda keçiriləcək digər matç da turun maraqlı oyunlarından olacaq. Hər halda, "Neftçi” ilə "Zirə” arasında görüşlər diqqət çəkir. "Neftçi” bütün milli çempionatlarımızın iştirakçısı olduğu halda, "Zirə” yalnız bu mövsüm Premyer Liqada çıxış edir. Ancaq debütant Azərbaycanın ən adlı-sanlı komandası ilə görüşlərin balansında aşkar üstünlüyə malikdir. Təsadüfi deyil ki, "Neftçi” Zirədə keçirdiyi hər 2 matçda uduzub (özü də qol vurmadan – 0:2 və 0:3), evdə isə 1:1 hesabı bərabərliyə qalıb. "Ağ-qaralar” bütün ümidini ölkə kubokuna bağlayıbsa, "Zirə” bu turnirdən kənarda qaldığından əsas diqqətini çempionata yönəldib. Adil Şükürovun yetirmələri çempionluğa nəzəri şansını saxladığından qələbə qazanması lazımdır.
"Zirə” ilə "İnter”in avrokubollara gedə bilməməyi çempionatdan vəsiqə uğrunda mübarizədə "Kəpəz”, "Qəbələ” və AZAL arasında gərgin rəqabət yaradıb. Düzdür, Roman Qriqorçukun komandası rəqiblərindən fərqli ölkə kubokunda qaldığından daha şanslıdır. Evdə qələbələri sıralayan AZAL bu dəfə səfərdə çıxış etsə də, son pillənin sahibi olan "Rəvan”i yenməyə borcludur. "Kəpəz”İn qonağı olacağı "Sumqayıt”ın isə heç bir iddiası qalmayıb. Samir Abasovun komandası böyük ehtimalda çempionatı hazırda olduğu 8-ci yerdə bitərəcək.
22 aprel (cümə)
"Qarabağ” – "İnter”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
"Azersun Arena”, 19:00
23 aprel (şənbə)
"Neftçi” – "Zirə”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena”, 19:00
"Xəzər Lənkəran” – "Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 16:30
24 aprel (bazar)
"Rəvan” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena”, 16:00
"Sumqayıt” – "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”, 14:00