17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya yığmasının heyəti açıqlanıb. Sportnet.az-ın Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək.
Yekun siyahıda 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb:
Qapıçılar: Aydan MakAdams ("Seltik"), Kiran Rayt ("Reyncers")
Müdafiəçilər: Daniel Baur ("Harts"), Den Meredit ("Vest Bromviç", İngiltərə), Toni Qallaxer ("Falkirk"), Liam Heqarti ("Middlsbro", İngiltərə) Aydan Uilson ("Reyncers")
Yarımmüdafiəçilər: Freyser Hornbi ("Everton", İngiltərə), Liam Bart ("Reyncers"), Kayl MakAllister ("Sent Mirren"), Cordan Holsqrouv ("Ridinq", İngiltərə), Cek Tomson ("Reyncers"), Brok Vatson ("Seltik")
Hücumçular: Zak Rudden ("Reyncers"), Cek Aytçison ("Seltik"), Lüis Morrison ("Kilmarnok"), Konnor MakLennan ("Aberdin"), Cek Adamson ("Reyncers").
Qeyd edək ki, Şotlandiya yığması Avropa çempionatında ilk oyununu Belçikaya qarşı keçirəcək. Mayın 5-də "Bakcell Arena"da baş tutacaq görüş saat 19:00-da başlanacaq. Mayın 8-də saat 15:30-da Portuqaliya - Şotlandiya matçı "Dalğa Arena"da, mayın 11-də saat 16:00-da isə Şotlandiya - Azərbaycan qarşılaşması "Bakcell Arena"da olacaq.