1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Bu gün meydanda yalnız bir komanda vardı"
"Oyunla bağlı şərh ediləsi bir şey yoxdur. Çünki meydan sahiblərinin tam üstünlüyü vardı. Məncə, biz qapıya bir zərbə belə vura bilmədik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "İnter"in baş məşqçisi Zaur Svanadze "CBC Sport"a açıqlamasında deyib. Onun sözlərinə görə, komandası "Qaraçağ"la çempionatının 31-ci turun səfər matçında (0:2) aşkar zəif olub: "Bizim qarşıda çətin oyunlarımız var. Bunlardan biri bu gün "Qarabağ"la idi. Maçta 6 əsas futbolçumuz yox idi. Ümid edirik ki, komandamız yaxın gələcəkdə həmin oyunçuların xidmətindən istifadə edə bilərək güclənəcək. Ancaq bu gün meydanda yalnız bir komanda vardı - bu da "Qarabağ". Komandada yüklənmə yoxdur. Sadəcə, Elnur Abdullayev uzun müddət xəstə idi. Topa zərbə vuranda əzələsini dartdı. Seçim imkanımız çox azdır. Sərtan Taşkın "Kəpəz"lə oyunda olduğu kimi, yaxşı oynadı. Ondan narazı deyiləm. Zədələri əsas səbəb kimi göstərmədim. Bu, sadəcə, səbəblərdən biridi. Bizim üçün hər iki turnir əsasdır".
Svanadzenin fikrincə, avrokuboklara düşmək şamsları tükənməyib: "Hələ avrokuboklara qatılmaq şansımız var. Komandanı gücləndirməliyik. Ehtiyat oyunçular skamyamızda yalnız bir neçə gənc oyunçunun olduğu göz qabağlnaddrı UEFA-nın sanksiyası qüvvədə qalsa, komandanın taleyinin necə olacağı haqda heç nə deyə bilmərəm. Komanda rəhbərliyilə danışdıqdan sonra bir söz demək olar".