1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pulsuz hesabat, yoxsa 156 səhifəlik əl işi?
"Neftçi” klubunun Müşahidə Şurasının aprelin 14-də keçirilmiş iclasında geniş hesabat təqdim edilib. Sportnet.az-ın məlumatına görə, hesabat şuranın təsis olunmasından indiyə kimi ötən 1 il müddətində görülmüş işləri əhatə edir.
Hesabatda tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllü sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun əsas komandası və futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumatlar yer alıb.
Bütün işlərin hesabatı görülsə də maliyyə haqda heç bir məlumat verilıməyib. Əvvəlcədən vəd verilsə də, klubun gəlir və xərcləri açıqlanmayıb. 156 səhifəlik hesabatda xərclərə aid bir bənd belə yer almayıb.
Bununla belə, hesabat nəfis tərtibatla hazırlanıb. Əl işində yazılara az, fotolara gen-bol yer verilib.