1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Qasımov Rəvan Həmzəzadə ilə məzələndi
"İnter"in prezidenti Rəşad Qasımov Azərbaycan Premyer Liqasının XXXI turunda "Qarabağ"la oyunun hakimliyinə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, klub rəhbəri gənc hakim Rəşad Həmzəzadənin idarəçiliyində səhvlərin olduğunu gizlətməyib.
Qasımov "Futbol saatı" proqramında maraqlı bənzətmə edib: "Zurab Xizanaşvilidən qayıdan topu Georgi Nikolov əlinə götürdü və baş hakim buna görə qapımıza sərbəst zərbə təyin etdi. Bu epizodu futbolda olan məzəli epizodlara daxil etmək olar. Gənc hakimdir, səhv edə bilər. Sadəcə, belə epizodlara təkrar-təkrar baxıb nəticə çıxatrmağı tövsiyə edərdim. Hakim onu nəzərə almalı idi ki, bu səhv nəticəyə təsir göstərə bilərdi. Həmin vaxt hesab 1:0 rəqibin xeyrinə idi. Böyük hesablı məğlubiyyət komandamıza "Qarabağ"la kubok oyunu öncəsi mənfi təsir göstərə bilərdi. Mən heç vaxt hakimliklə bağlı narazılığımı bildirmək üçün videokasseti götürüb AFFA-ya, PFL-ə getməmişəm, getmərəm. Amma istəyim odur ki, hakimlər aparıcı ölkələrin çempionat oyunlarına sırf həmkarlarını izləmək üçün baxsınlar".