"Kəpəz"in zədəli futbolçusu Namiq Ələsgərovun vəziyyəti yaxşılaşıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXIX turunda "Qarabağ"a qarşı matçın sonlarında əzələsi dartılan yarımmüdafiəçi iki həftə müalicədən sonra yüngül şəkildə fərdi məşqlərə başlayıb.
O, sabah komanda ilə birgə hazırlığıa qoşulacaq. Yarımmüdafiəçinin "Rəvan"la oyunda meydana çıxmaq şansı yüksəkdir.
Qeyd edək ki, Namiq Ələsgərov zədə səbəbindən "İnter" və "Sumqayıt" ilə oyunları buraxıb.