Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 15 cütdən 10-u çempionların, 5-i liqanın yolundadır.
Çempionların yolunda "Qarabağ"dan başqa postsovet məkanı təmsilçisi Tiflis "Dinamo"su, Qazaxıstan "Astana"sı və Belarus BATE-sidir. Bu mərhələdə "Dinamo" derbisinin olması diqəqt çəkir. Xorvatiya və Gürcüstan paytaxtlarının bu adlı təmsilçiləri görüşəcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar yolu
"Rusenborq” (Norveç) - APOEL (Kipr)
"Dinamo” (Zaqreb, Xorvatiya) - "Dinamo” (Tiflis, Gürcüstan)
"Olimpiakos” (Yunanıstan) – "Hapoel” (Beyer-Şeva, İsrail)
"Astana” (Qazaxıstan) - "Seltik” (Şotlandiya)
"Trençin” (Slovakiya) - "Legiya” (Polşa)
"Viktoriya” (Çexiya) - "Qarabağ” (Azərbaycan)
"Astra” (Rumıniya) - "Kopenhagen” (Danimarka)
BATE (Belarus) - "Dandolk” (İrlandiya)
"Ludoqorets” (Bolqarıstan) - "Srvena Zvezda” (Serbiya)
"Partizani” (Albaniya) - "Zalsburq” (Avstriya)
Liqa yolu
"Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan)
"Sparta” (Çexiya) - "Styaua” (Rumıniya)
"Şaxtyor” (Ukrayna) - "Yanq Boyz” (İsveçrə)
"Rostov” (Rusiya) - "Anderlext” (Belçika)
"Fənərbaxça” (Türkiyə) - "Monako” (Fransa)
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 26-27-də, cavab matçları avqustun 2-3-də keçiriləcək.