1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stankoviçi gözləyən təhlükə
"Qəbələ"nin serbiyalı legioneri Vojislav Stankoviç cəzalı duruma düşmək təhlükəsi ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mərkəz müdafiəçisi Avropa Liqasında sarı vərəqə limitini aşmaq üzrədir.
Belə ki, Stankoviçin hesabına 2 sarı vərəqə var. O, bunu turnirin II təsnifat mərhələsində Macarstann MTK klubu ilə oyunlarda alıb. Deməli, Stankoviç III təsnifat mərhələsində Fransann "Lill" klubu ilə iyulun 28-də səfər oyununda da xəbərdarlıq alsa, avqustun 4-də Bakıdakı cavab matçında komandasına kömək edə bilməyəcək.
"Qəbələ"də, habelə Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"da bir sıra futbolçular "sarı" alsalar da, onların hər birinin hesabında 1 belə vərəqə var.