1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elnur Cəfərov Xorvatiya klubunda
Azərbaycan milli komandasının futbolçusu Elnur Cəfərov karyerasını yenidən xaricdə davam etdirəcək.
Bu haqda Sportnet.az-a məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşlı yarımmüdafiəçinin karyerasını Xorvatiyada davam etdirmə variantının reallaşmaq üzrə olduğunu bildirib: "Bu ölkənin yüksək liqasında oynayan 2 klubla danışıqlar gedir. Çox güman ki, tezliklə Elnurun həmin komandanın üzvü olması xəbərini eşidəcəyik. Düzü, 2 klub olduğundan, ad çəkə bilmirəm. Gəlin, bir az gözləyək, çünki məsələ tam həll olunmayıb".
Məmmədov Portuqaliyanın yüksəl liqa təmsilçisi "Tondela"da qısamüddətli legioner həyatı yaşayan, rəsmi debüt edən bilməyən futbolçunun ruhdan düşməməsini və yenidən ölkə kənarında oynamaq istəyini alqışlayır: "Təbii ki. Elnurun çox müsbət keyfiyyəti var. Ancaq bir müsbət cəhətini də deməliyəm ki, xaricdə oynamaq istəyir. Baxmayaraq ki, Portuqaliyada karyerası alınmadı. Qayıdan kimi yenə təşəbbüs göstərdi və arzuladı ki, bir daha xaricdə oynasın. Biz də bunun gerçəkləşməsinə çalışırıq. Milli komandanın futbolçuları nə qədər çox xaricdə yüksək liqada oynasalar, bir o qədər yaxşıdır".
Xatırladaq ki, "Tondela" Portuqaliyada yeni çempionatın startı öncəsi Elnur Cəfərovla müqaviləsini pozub.
Mehman Süleymanov