1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılov: "Lənkəranskinin əynindəki forma mənimdir"
"Qarabağ" klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan milli komandasında ona məxsus "22" nömrəli formanın azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin əynində olmasını əks etdirən foto ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az-a açıqlama verən 28 yaşlı yarımmüdafiəçi formanın Lənkəranskiyə necə gedib çıxdığını bilmədiyini iddia edib.
"Çox adam bununla bağlı mənə zəng edir. O formanın Lənkəranskiyə necə gedib çıxdığını bilmirəm. Həmin formanın mənə məxsus olmasına baxmayaraq, özüm verməmişəm. "Xəzər Lənkəran"da oynadığım dönəmlərdə də formalar hədiyyə etmişəm. İndiyədək çox adama forma vermişəm. O formanın oraya necə çıxdığını bilmirəm" deyə İsmayılov vurğulayıb.
Qeyd edək ki, mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin əynindəki formanın ona Əfran İsmayılov tərəfindən hədiyyə edilməsinin mümkünlüyünə dair iddialar irəli sürülüb. Əsas arqument kimi İsmayılovun 2014-cü ilin iyunundan sonlarınadək "Xəzər Lənkəran"da çıxış etməsi və Lənkəranskinin də Lənkərandan olması göstərilib.