Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Göteborq" (İsveç) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avqustun 24-də "Azərsun Arena"nın mətbuat zalında saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"
"Göteborq"un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İsveç təmsilçisinin baş məşqçisi Yorgen Lennartsson isə axırıncı məşqdən sonra saat 21:00-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı avqustun 25-də saat 20:30-da start götürəcək.