1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin futbolçusu millimizdən qovuldu
"Zirə" klubunun müdafiəçisi Adil Nağıyev Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyətindən kənarlaşdırılıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Yaşar Vahabzadə qərar qəbul edib.
Komanda üzvləri avqustun 24-dən Bakıda təlim-məşq toplanışındadırlar. Hazırlıq prosesi ərzində keçirilən 2 yoxlama oyununda Nağıyev imkanlarından aşağı səviyyədə çıxış edib. Nəticədə Vahabzadə onu yığmanın toplanışından klubunun düşərgəsinə göndərib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 6-da Farer adaları yığması ilə Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək görüş saat 18:00-da başlanacaq.