1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahmudov 216-cı, Şeydayev 217-ci oldu
Azərbaycan milli komandasında böyük səbirsizliklə gözlənilən iki debüt baş tutub.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi Emn Mahmudovla hücumçu Ramil Şeydayev əsas yığmamızda ilk oyunlarına çıxıblar. Bu, 2018-ci ilin dünya çempionatının seçmə mərhələsinin startında - San Marinoya səfərdə 1:0 hesanı ilə məğlub etdiyimiz matçda reallaşıb. Xorvatiyalı baş məşqçi Robert Prosineçki hər 2 legionerə matçın son dəqiqələrində şans verib.
Millimizin 24 illik tarixində keçirdiyi 223 matçda 215 futbolçu meydana çıxmışdı. Mahmudov ilk olaraq meydana çıxdığından bu siyahıda 216-cı, Şeydayev isə 217-ci olub.
Məlum olduğu kimi, hər iki futbolçu Rusiya yığmasının sabiq oyunçuları olublar. Eminlə Ramil klub karyeralarına görə bu ölkəni tərk edəndən sonra vətəndaşlıqlarını dəyişməyi, tarixi vətənlərinin yığmalarının şərəfini qorumağı üstün tutublar. FİFA-nın buna rəsmən icazəsi onların millimzdə debütlərinə imkan yaradıb.
Qeyd edək ki, Mahmudov Portuqaliyanın "Boavişta", Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində hələ ki rəsmi debüt etdiklərindən, bu onların yeni mövsümdə ilk rəsmi matçları olub.