Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda çıxış edəcək Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, millimiz İspaniya, İsveçrə və Türkiyə yığmaları ilə qarşılaşacaq.
7 sentyabr
14:45. İspaniya – Azərbaycan
8 sentyabr
16:00. İsveçrə – Azərbaycan
9 sentyabr
14:45. Azərbaycan – Türkiyə
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.









































































