İtaliyanın "Kyevo" futbol klubunun hücumçusu Rikkardo Mecorini qadını cinayətkarın hücumundan xilas edib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Football Italia" nəşri xəbər yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında baş verib. Küçədən gələn səs-küyə yuxudan oyanan R.Mecorini Veronadakı evinin qarşısında qadının döyüldüyünü və onun paltarının cırıldığını görüb. Belədə 31 yaşlı futbolçu çölə çıxaraq xuliqanı zərərsizləşdirib və polis gələnə qədər onu saxlayıb.
Qeyd edək ki, Rikkardo Mecorini "İnter" klubunun yetirməsidir və heç vaxt İtaliyadan kənarda oynamayıb. O, 2014-cü ildən "Kyevo"nun şərəfini qoruyur. Mecorini cari mövsümdə klubun heyətində 4 oyuna çıxaraq 1 qolla yadda qalıb.