"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev müalicə və bərpa prosesini Almaniyanın Donauştaf vilayətində davam etdirir. Sportnet.az-ın məlumatına görə, yekun bərpa müddəti həkim müayinəsindən sonra bəlli olacaq.
Topuğundan zədə almış Murad Ağayev də bərpa prosesi keçir. Yarımmüdafiəçinin 26-27 sentyabrda komanda ilə məşqlərə başlayacağı planlaşdırılır. Dizində zədəsi olan Aqşin Qurbanlının da eyni vaxtda məşqlərə qoşulacağı gözlənilir. Topuğundan zədələnən digər futbolçu Orxan Qurbanlının isə bərpa prosesini 27-28 sentyabrda başa vurması nəzərdə tutulub. Dabanından zədələnmiş Kamran Nəcəfzadə hazırda bərpa prosesi keçir.
Müdafiəçi Vançe Şıkovun topuğunun müalicəsi başa çatıb. Makedoniyalı futbolçu komanda ilə məşqlərdə iştirak edir.









                 





    
    
    
    
    
    
    
    





















































