Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov "Neftçi"yə dönüşünü şərh edib. Sportnet.az-ın məlumatına görə, bu barədə 34 yaşlı mütəxəssis şəxsi "Facebook" səhifəsində yazıb. 
Klubun hazırkı kapitanı Araz Abdullayevlə avtobusda çəkilmiş fotosunu paylaşan Şükürov bunları yazıb: "Hər şey yaxşıdır. Mən demişdim ki, "Neftçi"dən başqa heç yerdə oynamayacağam. Budur, evimdəyəm". 
Qeyd edək ki, Mahir Şükürov hələlik formasını bərpa etmək üçün "Neftçi"nin məşqlərinə qoşulub. Hazırlıq durumu məşqçilər heyətini qane etsə, onunla müqavilə bağlanılacağı istisna deyil.









                 






    
    
    
    
    
    
    
    
    





















































