1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Emosiyalarımı gizlətməyi xoşlamıram"
"Birinci hissədə strateji cəhətdən düzgün oynamadıq. Rəqib tamamilə müdafiəyə çəkilmişdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış matçdan sonra deyib.
O bildirib ki, belə qapanan komanda ilə matçda sürətli, aqressiv oyun nümayiş etdirmək, hücumların kəsərini artırmaq lazımdır: "Biz isə topa nəzarət edir, ötürmələrlə təşəbbüsü ələ alsaq da, ön xətdə lazımı oyunu göstərə bilmirdik. Fikrimcə, Petar Franyiç əldə etdiyi imkandan yararlansaydı, görüşün axarı da fərqli olardı. Ümumilikdə isə ilk yarıda hücumda dişsiz göründük".
Fasilədə futbolçularla söhbət apardıqdan sonra ikinci hissədə daha aqressiv olduqlarını deyən ukraynalı mütəxəssis bütün komandanın qol istəyi ilə mübarizə apardığını vurğulayıb: "Mən təkcə meydana sonradan çıxan oyunçuları demirəm. Bütün komanda qol istəyi ilə mübarizə apardı və bu da öz nəticəsini verdi".
Qriqorçuk ağır qrafiklə oynamalarına baxmayaraq, heç vaxt təqvimdən şikayətlənmədiyini bildirib. Onun fikrincə, Avropa Liqasının qrupunda çıxış edən komanda belə sıx təqvimdə oynamalıdır: "Bu üzdən heç bir problem görmürəm. Belə vəziyyətdə daha ciddi iş görülməlidir, təhlil aparılmalıdır. Şikayətlənmək deyil, buna sevinirik ki, belə tez-tez oynayırıq. Qrupa düşməsəydik, qarşılaşmalarımız daha az olacaqdı. Buna baxmayaraq, mümkün olan hər şeyi edəcəyik ki, həm çempionat, həm də avrokuboklarda mümkün qədər yaxşı mübarizə aparaq".
Baş məşqçi əsas komandada şans qazanan Murad Musayevin oyunundan da razı qaldığını söyləyib: "Onun yaxşı mübarizə apardığını düşünürəm. Qarşılaşma liderlik baxımından əhəmiyyət kəsb etdiyindən futbolçularla danışığımız oldu. Emosiyalarımı gizlətməyi xoşlamıram. Dabonun 90-cı dəqiqədə 60 metr qaçıb qol vurmasına həqiqətən sevindim”.