1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz üçün 729 gündən sonra qayıdış
Azərbaycan milli komandası 729 gündən sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq. Sportnet.az-ın məlumatına görə, bu, 2018-ci il dünya çempionatının seçmə mərhələsində Almaniya yığması ilə qarşıdakı rəsmi matç olacaq.
Bu, 2017-ci ilin martın 26-da olacaq. Həmin oyunun Bakı Olimpiya Stadionunda yox, "Tofiq Bəhramov"da keçirilməsi ilə bağlı AFFA-nın çıxardığı qərar millimizin tarixində ev oyunlarını keçirdiyi arenaya qayıdışı ilə nəticələnib.
Yığmamızın mərkəzi arenada sonuncu oyunu hazırkı baş məşqçisi Robert Prosineçkinin debütünə təsadüf edib. Bu, 2015-ci ilin martın 28-da Malta yığmasına 2:0 hesabı ilə qalib gəldiyimiz rəsmi qarşılaşma olub. Robert Prosineçkinin komandası bundan sonra rəqiblərini Bakı Olimpiya Stadionunda və "Bakcell Arena"da qəbul edib.
Qeyd edək ki, bu, millimizin Almaniya ilə 3-cü ev matçı olacaq. Əvvəlkilər də Respublika stadionunda olub. Almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında olan həmin oyunlar 0:2 və 1:3 hesablı məğlubiyyətlərlə nəticələnib.