Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın müvafiq yaş qrupu üzrə yığma komandası ilə qarşılaşıb.
Matç Azərbaycan milli komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu Sona Rəhimova vurub.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.








































































