1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əhməd Ələsgərov müəllimim olub"
"Bu gün daha yaxşı oynadıq. Amma komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar çoxdur və bu da oyunun taleyini həll edir. Bizim yeganə motivasiyamız istəkli olmağımızdır".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Moldova milli komandasının baş məşqçisi Vladimir Vusati Azərbaycan yığmasına 2:3 hesabı ilə uduzduqları ikinci yoldaşlıq görüşündən sonra deyib. O bildirib ki, Moldova ilə Azərbaycan futzalında fərqli ab-hava var: "Bizim çempionatın səviyyəsi yüksək deyil. Klublarımız çempionat oyunları zamanı həftədə cəmi 2 dəfə məşq edirlər. Millinin toplanış olan zaman isə heç bir klubumuz məşq keçmir".
Vusatı azərbaycanlı həmkarları ilə əlaqələrindən də danışıb: "Uzun müddət böyük futbolda çalışmışam, PRO kateqoriyalı məşqçiyəm. Azərbaycanda dostlarım çoxdur. Rəhmətlik Əhməd Ələsgərov müəllimim olub. Ondan çox şey öyrənmişəm. O, həm də Moldova futbolunun əfsanəsi hesab edilirdi. Ağasəlim Mircavadov, Vaqif Sadıqovla tez-tez əlaqə saxlayıram".
Moldovalı baş məşqçi sonda qonaqpərvərliyə və isti qarşılanmaya, eləcə də yaradılan şəraitə görə təşəkkürünü bildirib.