İngiltərənin "Mançester Yunayted” klubunun sabiq futbolçusu Endi Koul böyrək köçürməsi əməliyyatı keçirib.
Sportnet.az-ın "The Telegraph”a istinadən verdiyi məlumata görə, 45 yaşlı veteran hücumçunun böyrəyində problem yarandığı üçün cərrahiyyə müdaxiləyə ehtiyac duyulub.
1995 - 2001-ci illərdə "Mançester Yunayted”in formasını geyinən E.Koul hazırda klubun səfirlərindən biridir.
Qeyd edək ki, Endi Koul "BakuTel 2013” sərgisində iştirak etmək üçün 4 il öncə xüsusi qonaq qismində Bakıda olub. O, "Bakcell Arena”da "Bakcell” və AFFA-nın birgə həyata keçirdiyi "Futbol Bakcell ilə” layihəsinin iştirakçıları ilə birgə futbol oynayıb.