Topaz Premyer Liqasında XI tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Həftənin açılış matçı Qəbələdə olub. Rayonun eyniadlı təmsilçisi debütant "Səbail”i qəbul edib. Görüş ilk dövrəyə olduğu kimi, "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 22-yə çatdıran "qırmızı-qaralar" ən azı bir günlük ikinci pilləyə yüksəliblər. "Səbail" isə 9 xalla 6-cı pillədə qalıb.
"Keşlə” adı altında keçirdiyi ilk oyununda "Kəpəz”ə 0:2 uduzan sabiq "İnter” "Sumqayıt”la görüşə yeni baş məşqçinin rəhbərliyi altında çıxıb. Zaur Svanadzenin istefasından sonra komandanın sükanı arxasına gətirilən Ramiz Məmmədov səfərdə debüt edib. Lakin Məmmədovun debütü uğursuz alınıb. "Keşlə" 1:3 hesabı ilə uduzub. Üstəlik, qonaq komandanın hər iki legioneri avtoqol edib.
Bu qələbədən sonra "Sumqayıt" xallarını 16-ya yüksəldərək, yenidən 4-cü pilləni ələ keçirib. "Keşlə" isə 8 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, "Sumqayıt" "Keşlə” ilə əvvəlki 21 matçdan yalnız 2-də qalib gəlmiş, 12-də uduzmuşdu.
Topaz Premyer Liqası
XI tur
4 noyabr
16:00. "Qəbələ” – "Səbail” - 3:1
Qol: Famussa Kone, 16. Baqali Dabo, 29; 80 - Eltun Yaqublu, 87
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt” - "Keşlə” - 3:1
Qol: Denis Silva Kruz, 29-öz qapısına. Amil Yunanov, 52. Adrian Skarlatake, 71-öz qapısına - Nizami Hacıyev, 44
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
"Kapital Bank Arena”.