"Qəbələ" klubunun prezidenti Tale Heydərov "Səbail"lə Topaz Premyer Liqasının XI tur matçını canlı izləyib. Sportnet.az-ın məlumatına görə, oyundan sonra jurnalistlər Heydərovdan açıqlama almaq istəyiblər.
Lakin bu, alınmayıb. Klub prezidenti dostları ilə futbol oynamağa yollanıb.
Qeyd edək ki, görüş "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.