
İspaniya La Liqasının 12-ci həftəsində "Valensiya" "Espanyol" səfərindən 3 xalla qayıdıb.
Sportnet.az-ın məlumatına görə, komanda rəqibini 2:0 hesabı ilə üstələyib. Matçın 67-ci dəqiqəsində X.Kondoqbia komandasını önə keçirib. 83-cü dəqiqədə isə Santi Mina yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, 2-ci pillədə qərarlaşan "Valensiya" bu nəticədən sonra xallarının sayını 30-a yüksəldib və lider "Barselona" ilə arasındakı 4 xallıq fərqi qoruyub. "Espanyol" klubu isə 13 xalla 13-cü yerdədir.